İsraildə növbədənkənar seçki qərarı

İsraildə koalisiya hökuməti 2020 büdcəsi ilə bağlı razılığa gələ bilmədiyi üçün ölkədə növbədənkənar seçki qərarına gəlindi.

1550310
İsraildə növbədənkənar seçki qərarı

Baş nazir Binyamin Netanyahunun Likud partiyası və Müdafiə naziri Beni Qantzın rəhbərlik etdiyi Mavi-Ağ İttifaqının 2020-ci il büdcəsinin müəyyən edilən müddətdə məclisdə təsdiqlənməməsi səbəb göstərilərək növbədənkənar seçkilər keçirilməsi qərarına gəlindi. Qeyd edilir ki, büdcə bu gün səsə qoyula bilmədiyi üçün parlament qanuni olaraq  ləğv olundu və məcburi növbədənkənar seçki prosesi başladı. Beləcə İsraildə son iki il ərzində dördüncü dəfə növbədənkənar seçki keçirəcək. Məlumata görə seçkilərin mart ayında keçiriləcəyi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr