İsraildən Mərakeşə ilk rəsmi səfər
İsrail və Mərakeş arasındakı münasibətləri normallaşdırmaq barədə razılaşma əldə edildikdən sonra Təl-Əvivdən Rabata ilk rəsmi səfər reallaşır.

İki ölkə arasında ilk ticarət uçuşun başlaması münasibətiylə Təl-Əviv yaxınlığındakı Ben Qurion hava limanında təşkil edilən rəsmi mərasimdən sonra İsrail və Amerika nümayəndə heyətini daşıyan təyyarə Mərakeşə yola düşüb. İsrail-dən Mərakeşə ilk rəsmi səfər reallaşdıran nümayəndə heyətinə bu ölkənin Milli Təhlükəsizlik Şurasının sədri Meir Ben-Şabbat başçılıq edir.
Şabbat və onu müşaiyət edən İsrail rəsmilərini daşıyan təyyarədə, Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Trampın kürəkəni və müşaviri Jared Kushner və digər Amerikalı rəsmilər də var. Səfər çərçivəsində İsrail ilə Mərakeş arasında bir sıra müqavilələrin imzalanması gözlənilir.
Fas Kralı VI Məhəmməd, 10 dekabrda yaydığı bəyanatında İsrail ilə rəsmi ikitərəfli təmasların və diplomatik əlaqələrin “qısa müddətdə” bərpa olunacağını qeyd etmişdi.