Miçotakisin Türkiyə haqqındakı iddiaları

Yunanistanın Baş naziri Kyriakos Miçotakis Türkiyə ilə yaşadıqları anlaşmazlığı "Türkiyə-Avropa İttifaqı (Aİ) anlaşmazlığına çevirməyi bacardıq" deyib.

1541235
Miçotakisin Türkiyə haqqındakı iddiaları

Yunanistanın Baş naziri Kyriakos Miçotakis Türkiyə ilə yaşadıqları anlaşmazlığı "Türkiyə-Avropa İttifaqı (Aİ) anlaşmazlığına çevirməyi bacardıq" deyib.

Miçotakis televiziya kanallarından birində qtıldığı proqramda Şərqi Aralıq dənizi və 10-11 dekabr tarixlərində keçiriləcək Aİ Liderlər Sammiti ilə əlaqədar açıqlamalar verib.

"Yunanıstan-Türkiyə anlaşmazlıqlarını Türkiyə-Aİ mübahisəsinə çevirəməyi bacardıq" deyən Miçotakis oktyabr ayındakı Aİ zirvəsinin Türkiyəyə bir şans verdiyini, ancaq Türkiyənin "bu müsbət gündəmə qapılarını açmadığını" irəli sürüb.

"Gərginliyi davam etdirmək Türkiyənin maraqlarına uyğun deyildir. Türkiyə Avropa ilə əlaqələrini yenidən qiymətləndirməlidir" deyə Miçotakis iddia edib.

Qeyd edək ki, Türkiyə Şərqi Aralıq dənizindəki öz sularında və Şimali Kıbrıs Türk Cümhuriyyətinin "Türk Petrolleri Anonim Ortaklığı"nın lisensiyalı sahələrində beynəlxalq hüquqa əsaslanan haqları çərçivəsində araşdırma və qazma fəaliyyətlərini davam etdirir.



Әlaqәli Xәbәrlәr