BMT: “Rus qoşunları Kırımdan çıxmalı”

BMT Rusiyanın hərbi qüvvələrini Krımdan ən qısa müddətdə çıxarmasını tələb edib.

1541442
BMT: “Rus qoşunları Kırımdan çıxmalı”

Birləşmiş Millətlər Təşkilatı (BMT) assambleyası Rusiyanın hərbi qüvvələrini Krımdan ən qısa müddətdə çıxarmasını və “Ukrayna ərazisini müvəqqəti işğalına son qoymasını nəzərdə tutan qərar qəbul edib.

193 üzvlü BMT assambleyasında səsə qoyulan qərar 17 əleyhdə və 63 lehdə səslə qəbul edilib. 62 üzv isə fikir bəyan etməkdə imtina edib.

Krım və Sivastapol şəhərinin Rusiya tərəfindən işğalını pisləyən qərarda “ilhaq tanınmadı” və “Krımın zorakılıqla ələ keçirilməsinin qanunsuz və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb. BMT üzvləri və beynəlxalq təşkilatların əməkdaşlıq etmələri, Rusiyanın Krımın işğalına son qoyacaq addımlara güçlü dəstək verilməsi istənilib.

Qərarda həmçinin qeyd edilib ki, BMT “Rusiyanın Krımda hərbi yığınağı artırmağından məhs Ukrayna ərazilərinə nüvə potensiala sahib təyyarələr, raketlər, silah sursatlar və hərbi personal da daxil olmaqla müasir silahlar köçürməğindən narahatdır.

Rusiyanın Krımda ələ keçirdiyi Ukrayna hərbi sənaye şirkətlərindən istifadəsi də pislənən qərarda Moskvanın Krımdakı nüvə obyektləri və materiallarının yurisdiksiyasını genişləndirmək səylərinə də xitam verməsi tələb olunub və Krımda hərbi gəmilər istehsalına dair fəaliyyətləri qınanıb. Qara dəniz, Azov dənizi və Kerç boğazında beynəlxalq hüquqa uyğun gəmi səyahətlərinə mane olmaqdan imtina etməsi istənilib.

Qeyd edək ki, qərb ölkələr tərəfindən dəstəklənən qərarın dünya ictimaiyyətinin Krımın ilhaqına dair fikrini əks etdirdiyi ifadə edilir. Xatırladaq ki, bənzər bir qətnamə 2019-cu ildə BMT Assambleyasında qəbul edilib.



Әlaqәli Xәbәrlәr