Erşat Salihi terror tәşkilatı PKK ilә bağlı xәbәrdarlıq edib

İraq Türkmәn Cәbhәsinin rәhbәri Erşat Salihi separatçı terror tәşkilatı PKK terrorçularının İraqın Mosul şәhәrinin Sincar qәsәbәsindәn çıxarılmasının yalnız yer dәyişdirmә taktikası olacağını deyib.

1539215

Salihi PKK-nın bölgәdәki mövcudluğu ilә bağlı Erbil ilә Bağdad arasında әldә olunan ‘‘Sincar müqavilәsi’’ çәrçivәsindә terrorçuların Sincardan çıxarıldıqdan sonra  hara göndәrilәcәyi ilә bağlı qeyri-müәyyәnliklәrin olduğunu söylәyib.

Salihi Sincardan çıxarılacaq terrorçuların yenә İraq sәrhәdlәri daxilindәki Mahmur, Qәndil, Kәrkük әtrafına vә ya Telafer yaxınlığına yerlәşdirmә kimi bir plan hәyata keçirilәrsә tәhlükәnin daha da artacağını bildirib.

‘‘PKK ilә DEAŞ eynidir. Hәr ikisinin dә hәdәfi  İraqın sabitliyini pozmaqdır, ölkәni bölmәk vә qonşu ölkәlәrә zәrәr vermәkdir.

Qeyd edәk ki, Bağdad vә Erbil arasında oktyabrın 1-dә separatçı terror tәşkilatı PKK-nın qәsәbәdәn çıxarılmasını  nәzәrdә tutan ‘‘Sincar müqavilәsi’’ imzalanmışdı.

Әlaqәli Xәbәrlәr