İranda Dağlıq Qarabağa dәstәk mәqsәdilә aksiya keçirәn aktivistlәr saxlanılıb

Bu barәdә İran İnsan Haqları Aktivistləri Agentliyinin yaydığı mәlumatda iddia edilib.

1500494
İranda Dağlıq Qarabağa dәstәk mәqsәdilә aksiya keçirәn aktivistlәr saxlanılıb

İranın Ərdəbil şəhərində Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağa dəstək olmaq üçün aksiya keçirәn aktivistlәrdәn 11-nin saxlanıldığı iddia edilib.

İran İnsan Haqları Aktivistləri Agentliyinin yaydığı mәlumata әsasәn,  təhlükəsizlik qüvvələri Ərdəbil şəhərindəki Ciral Parkda Dağlıq Qarabağa dəstək olmaq mәqsәdilә  toplaşan aktivistlәrә gözyaşardıcı qazla müdaxilə edib.

Təhlükəsizlik güvvәlәrinin  müdaxiləsi nəticəsində dağılan aktivistlərdən 11-nin saxlanıldığı  iddia edilib.

Müdaxilə zamanı 3 aktivistin dә  yaralandığı bildirilib.



Әlaqәli Xәbәrlәr