Qasım әl-Araci: ‘‘İraq Türkiyә ilә әlaqәlәrin davam etdirilmәsinә böyük әhәmiyyәt verir’’

İraqın milli tәhlükәsizlik mәsәlәlәri üzrә müşaviri Qasım әl-Araci Türkiyә ilә münasibәtlәrin davam etdirilmәsinә әhәmiyyәt verdiklәrini söylәyib.

1492878

İraqın Milli Tәhlükәsizlik Mәsәlәlәri üzrә Müşavirliyindәn verilәn yazılı açıqlamaya görә, Araci Türkiyәnin İraqdakı sәfiri Fatih Yıldız ilә baytaxt Bağdadda görüşüb.

İki ölkә arasındakı münasibәtlәrin müzakirә olunduğu görüşdә Araci deyib: ‘‘Baş nazir Mustafa әl-Kazıminin formalaşdırdığı  hökumәt İraq ilә Türkiyә arasındakı münasibәtlәrin davam etdirilmәsinә әhәmiyyәt verir’’.

Sәfir Yıldız da öz növbәsindә prezident Rәcәb Tayyib Әrdoğanın İraqa sәfәr etmәk istәdiyini ifadә edәrәk Kazımini Ankaraya dәvәt edib.

Yıldız görüşlә bağlı rәsmi internet sәhifәsindә verdiyi bәyanatda deyib: ‘‘İraqın milli tәhlükәsizlik mәsәlәlәri üzrә müşaviri Qasım әl-Araci ilә bir araya gәlәrәk ölkәmizin İraq ilә münasibәtlәrinә  verdiyi әhәmiyyәti, bu çәrçivәdә terrorla mübarizәdә әmәkdaşlıqla bağlı iradәmizi vurğuladım’’.

Etiketlәr: #Türkiyə , #İraq

Әlaqәli Xәbәrlәr