Bolqarıstanda baş verən yanğın nisbətən nəzarət altına alınıb

Bolqarıstan-Türkiyə sərhədinə yaxın 100 min hektarlıq əraziyə yayılan yanğın nisbətən nəzarət altına alınıb.

1470218
Bolqarıstanda baş verən yanğın nisbətən nəzarət altına alınıb

Bolqarıstan-Türkiyə sərhədinə yaxın 100 min hektarlıq əraziyə yayılan yanğın nisbətən nəzarət altına alınıb.

Yanğınsöndürmə briqadasının rəisi, komissar Nikolay Nikolov Studena kəndindəki yoxlamalardan sonra verdiyi açıqlamada Həmzəbəylinin qarşısındakı Matoçina və Varnik kəndlərinin otaqlarında 4 gündür davam edən yanğının qismən nəzarət altına alındığını bildirərək "vəziyyət artıq kritik həddə deyil, amma risqlidir" deyə söyləyib.

Nikolov 100 min hektarlıq əraziyə yayılan yanğının Türk tərəfinə keçməsi risqini göz önündə saxlayaraq günorta saatlarına qədər yanğın nəzarət altına alınmazsa Türkiyənin yanğınsöndürmə briqadasının sərhəddin qarşı tərəfindən müdaxilə etməsini tələb edəcəklərini bildirib.

Türk səlahiyyətliləri ilə təmasda olduqlarını deyən Nikolov Türkiyədən ağır texnika, yanğınsöndürən briqadası yardımı təklifi aldıqlarını, lakin Bolqarıstan tərəfi yanğının söndürülməsinin yerli qüvvələr hesabına davam etdiriləcəyini vurğulayıb.

Bulgaristan sərhəddində qeyri- qanuni miqrasiya əleyhinə qurulan tıkanlı məftillər sisteminin yanğın nəticəsində zərər görmədiyini, sərhəd polisinin lazımi tədbirlər aldığını qeyd edən Nikolov "ümid edirəm bugün vəziyyətin nəzarət altında olduğunu xalqa açıqlaya biləcəyik" deyə söyləyib.

Meteoroloqların bugün də bölgədə havanın isti və küləkli olacağını söylədiklərini diqqətə çatdıran Nikolov Lesovodaki yanğının yoldan keçən yük maşını sürücülərinin atdığı siqaret qığılcımından qaynaqlandığını düşündüklerini söyləyib.

Bu arada yanğın ərazisi olan Hasköy, Harmanlı, Topolovgrad, Dimitrovgrad və Svilengrad şehərlərinin yerləşdiyi bolgədə "fövqəladə vəziyyət" elan olunduğu bildirilir.



Әlaqәli Xәbәrlәr