Tel Abyadda terror aktı törәdilib, ölәnlәr var
Türkiyә Silahlı Qüvvәlәri vә Suriya Milli Ordusu tәrәfindәn hәyata keçirilәn ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә terrorçulardan tәmizlәnәn Tel Abyadın mәrkәzindә partlayış törәdilib.
Suriyanın şimalındakı Tel Abyad qәsәbәsindә minalanmış avtomobil ilә törәdilәn terror hücumu nәticәsindә 3-ü uşaq olmaqla 6 dinc sakin hәlak olub, 7 nәfәr dә yaralanıb.
Türkiyә Silahlı Qüvvәlәri vә Suriya Milli Ordusu tәrәfindәn hәyata keçirilәn ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә terrorçulardan tәmizlәnәn Tel Abyadın mәrkәzindә partlayış törәdilib.
Hücum zamanı ağır yaralanan dörd nәfәr Türkiyәyә gәtirilib.
Partlayış nәticәsindә әtrafdakı tikililәrә dә ciddi ziyan dәyib.
Hadisә yerindә araşdırma aparan tәhlükәsizlik qüvvәlәri terror aktının separatçı terror tәşkilatı YPG/PKK tәrәfindәn törәdildiyini istisna etmәyib.
Mәlumata görә, bölgәdә tәhlükәsizlik tәdbirlәri güclәndirilib.
Müxaliflәrin nәzarәtindә olan Tel Abyad qәsәbәsi 2019-cu ilin 13 oktyabr tarixindә bölgәdә keçirilәn ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı nәticәsindә terrorçulardan tәmizlәnmişdi.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir