İranın üç Avropa ölkəsinə çağırışı

İranın xarici işlər naziri Cavad Zərif Almaniya, İngiltərə və Fransanı Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətində İran əleyhinə addım atmamağa çağırıb.

1438961
İranın üç Avropa ölkəsinə çağırışı

İranın xarici işlər naziri Cavad Zərif Almaniya, İngiltərə və Fransanı Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətində İran əleyhinə addım atmamağa çağırıb.
Cavad Zərif rəsmi sosial media hesabında verdiyi açıqlamada Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Şurasının İranla bağlı hesabatını tənqid edib.
"Beynəlxalq Atom Enerjisi Agentliyi nüvə sazişinə düşmən olanların İranın maraqlarına təhlükə yaratmasına imkan verməməlidir" deyə bildirən Zərif "Nüvə sazişindəki vəzifələrini yerinə yetirməyən hər üç Avropa ölkəsi (Almaniya, İngiltərə və Fransa) cinayət ortağı olmamalıdır" deyib.
Cavad Zərif İranın müfəttişlərə iki nöqtədə yoxlama aparmağa icazə verməməsi iddialarına toxunaraq da deyib ki, gizlədəcək bir şeyimiz yoxdur. Son 5 ildə İrandakı yoxlamalar Agentlik tarixindəki bütün yoxlamalardan daha çoxdur. Barəsində razılıq əldə olunacaq bir həll mümkündür, ancaq Agentliyin Direktorlar Şurasının İran əleyhinə qərarı bu fürsəti aradan qaldıracaq.
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə fəaliyyətləri ilə bağlı aparılan yoxlama və müşahidə tədqiqatlarını özündə cəmləşdirən və ötən həftə yayılan hesabatda rəsmi Tehranın Agentliyin müfəttişlərinə 4 aydan çox müddətdə iki nöqtədə yoxlamalar aparmağa icazə vermədiyi bildirilib.



Әlaqәli Xәbәrlәr