"ABŞ-dakı hadisələr ölkəiçi dərin böhranların təzahürüdür", V.Putin

Rusiyanın dövlət telekanalı “Rossiya 1”ə etdiyi şərhdə V.Putin ABŞ-ın Atlanda şəhərində yenə Afrika əsilli bir adamın polis tərəfindən öldürməsinə münasibət bildirərək deyib...

1435742
"ABŞ-dakı hadisələr ölkəiçi dərin böhranların təzahürüdür", V.Putin

 

  Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarındakı hadisələrin ölkə içindəki bəzi dərin böhranların təzahürü olduğunu söyləyib.

  Rusiyanın dövlət telekanalı “Rossiya 1”ə etdiyi şərhdə V.Putin ABŞ-ın Atlanda şəhərində yenə Afrika əsilli bir adamın polis tərəfindən öldürməsinə münasibət bildirərək deyib: "Amerikada baş verənlər bəzi dərin daxili böhranların təzahürüdür. Bunlar ABŞ prezidenti Donald Tramp iqtidara gələndən etibarən müşahidə edilir… Korona virusu epidemiyası ABŞ-da ortaya bir çox məsələ ortaya qoydu. Ölkənin siyasi sistemində də problemlərin olduğu üzə çıxdı. Mən hesab edirəm ki, əsas problem partiya qruplarının öz mənfəətlərini bütün cəmiyyət və xalqın mənfəətlərindən üstün görməsindədir”.  

  Vladimir Putin Rusiyanın yeni silah tiplərinin inkişaf etdirilməsi mövzusuna da toxunub: “Biz yalnız mövcud silahlanma potensialımızı müasirləşdirmirik, eyni zamanda, yeni kompleksləri dövrəyə salırıq. Bu göstəriciylə dünyada birinci olduğumuzu deyə bilərik.

  Hərbi sahədə qabaqcıl sayılan ölkələr heç hipersonik silaha malik deyil. Onların bu silahı olanda biz, böyük ehtimalla, bu silahlarla mübarizə vasitələrinə malik olacağıq."



Әlaqәli Xәbәrlәr