Gürcüstan Dəmir Yolları iyunun 15-dən açılır

Gürcüstan Dəmir Yolları iyunun 15-dən fəaliyyətini bərpa edəcək

1431035
Gürcüstan Dəmir Yolları iyunun 15-dən açılır

 

  Gürcüstan Dəmir Yolları Səhmdar Cəmiyyəti (SC) iyunun 15-dən fəaliyyətini bərpa edir. Bu barədə məlumatı adı çəkilən qurum yayıb.

  Bildirilir ki, Gürcüstan Dəmir Yolları Səhmdar Cəmiyyəti karantin dövründə hökumət və digər əlaqədar təşkilatlar tərəfindən koronavirusla əlaqədar hazırlanmış bütün qayda və tövsiyələrə əməl edib. Dəmir yolunda sərnişinlərin hərəkəti ilə bağlı yeni qaydalar hazırlanıb. Yeni qaydalara əsasən, vətəndaş qatara daxil olmazdan əvvəl termoskrininqdən və dezinfeksiyaedici sahədən keçəcək, əllərini xüsusi maye ilə yuyacaq.

  Sərnişinlər hətta virusun əlamətləri olmasa belə sosial məsafəni gözləməlidirlər. Tibbi maskası olmayan sərnişinlər ümumiyyətlə qatarlara buraxılmayacaq.

  Qeyd edək ki, Gürcüstan Dəmir Yolları SC koronavirusla əlaqədar martın 31-dən fəaliyyətini dayandırmışdı.

  Gürcüstan iyunun 15-dən daxili turizmi də bərpa edəcək, iyulun 1-dən isə xariciləri qəbul etmək niyyətindədir.



Әlaqәli Xәbәrlәr