Terror tәşkilatı YPG/PKK Rasulayn qәsәbәsinә sızmağa cәhd göstәrib
‘‘Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi bölgәyә sızmağa cәhd göstәrәn separatçı terror tәşkilatı YPG/PKK ilә Suriya Milli Ordusu arasında qarşıdurma olub.
‘‘Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi bölgәyә sızmağa cәhd göstәrәn separatçı terror tәşkilatı YPG/PKK ilә Suriya Milli Ordusu arasında qarşıdurma olub.
Terror tәşkilatı YPG/PKK ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı nәticәsindә terrorçulardan tәmizlәnәn Rasulayn qәsәbәsinin cәnubundakı Tel Temır bölgәsinә sızmağa cәhd göstәrib. Hadisә nәticәsindә Suriya Milli ordusu ilә terror tәşkilatı YPG/PKK arasında qarşıdurma olub.
Mәlumata görә, qarşıdurma zamanı terrorçulara ağır zәrbәlәr endirilib.
Fәrat çayının şәrqini işğal edәn terror tәşkilatı YPG/PKK vaxtaşırı Rasulayn vә Tel Abyad bölgәlәrini hәdәf alır.
Türkiyә 2019-cu ilin 19 aprel tarixindә Fәrat çayının şәrqindәki terror tәşkilatına qarşı ‘‘Sülh çeşmәsi’’ әmәliyyatına start vermişdi. Әmәliyyat nәticәsindә oktyabrın 12-dә Rasulayn qәsәbәsinin mәrkәzi terrorçulardan tәmizlәnmişdi.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir