Borrell Aİ ilə Rusiya və Türkiyə əlaqələrinə münasibət bildirib

"Avropa İttifaqı Türkiyə və Rusiya ilə əlaqələrini sahmana salmalıdır". Bunu Alyansın Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell deyib.

1373180
Borrell Aİ ilə Rusiya və Türkiyə əlaqələrinə münasibət bildirib

 

Borrell 5 martda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirlərinin qeyri-rəsmi yığıncağından sonra verdiyi açıqlamada: “ Bu gün Zaqrebdə baş tutacaq Xarici Əlaqələr Şurası Yığıncağında Şərqi Aralıq dənizidəki mövcud vəziyyətə dair ortaq qərar qəbul ediləcək. Həmçinin Aİ-nin Türkiyə və Rusiya ilə münasibətləri müzakirə olunacaq. Alyans Türkiyə və Rusiya arasındakı problemləri təcili həll etməli və bu ölkələr ilə əlaqəlirini yenidə arzu edilən seviyyəyə qaldırmalıdır. Türkiyənin Liviyadakı böhran ilə bağlı sahib olduğu əhəmiyyətli rol gözdən yayındırılmamalıdır. Bu gün qəbul edəcəyimiz ortaq qərar bütün bu mövzulara mövqeyimizi göz önünə sərəcək”-deyə Borell vurğulayıb.



Әlaqәli Xәbәrlәr