İdlibdə Rusiyaya məxsus qırıcıların hücumu nəticəsində 9 mülki şəxs ölüb

Suriyada Rusiyaya məxsus döyüş təyyarələrinin İdlibin Fua bölgəsinə hücumları nəticəsində ilkin məlumatlara görə, 9 mülki şəxs həyatını itirib.

1370490

Rusiyaya məxsus döyüş təyyarələri Türkiyənin Hatay vilayətinin qarşısındakı Suriya ərazələrində yerləşən İdlib şəhərində gün boyunca cəbhə xətləri və bəzi mülki yaşayış məntəqələrinə hücum edib. Hücum zamanı Fua məntəqəsindəki mülki yaşayış yerləri də vurulub.

Mülki Müdafiə qaynaqları Fuada ilkin məlumatlara görə, dinc vətəndaşlardan 9-nun həyatını itirdiyini, çox sayda mülki şəxsin isə yaralanndığını bildiriblər. 

Әlaqәli Xәbәrlәr