Yunanıstanın qanunsuz miqrantlara qarşı mərhəmətsiz müdaxiləsi

Yunanıstan Təhlükəsizlik Qüvvələri Avropaya getmək üçün Türkiyə ilə sərhəddə gözləyən qanunsuz miqrantlara sərt müdaxilə edib.

1369946
Yunanıstanın qanunsuz miqrantlara qarşı mərhəmətsiz müdaxiləsi

Yunanıstan Təhlükəsizlik Qüvvələri Avropaya getmək üçün Türkiyə ilə sərhəddə gözləyən qanunsuz miqrantlara sərt müdaxilə edib.

Kastanies Sərhəd Keçid Məntəqəsinin qarşısına tikanlı məftillə sədd çəkən Yunan Təhlükəsizlik Qüvvələri oraya xeyli sayda polis toplayıb.

Səddin qarşısında gözləyən qanunsuz miqrantlara qarşı mütəmadi olaraq su şırnağından istifadə edən Təhlükəsizlik Qüvvələri bəzən səs və gözyaşardıcı bomba da atırlar. Nəticədə bəzi miqrantlar xəsarət alıblar.

Yunanıstan tərəfindən atılan qaz patronları Türkiyə Sərhəd Postunun həyətinə də düşüb. Pazarkule Sərhəd Keçid Məntəqəsi yaxınlığında isə böyük bir qrupun sərhədi keçməyə cəhd etdiyini görən Yunan Təhlükəsizlik Qüvvələri qanunsuz miqrantlara gözyaşardıcı bomba atıb, rezin güllələrdən atəş açıblar. Bəzi miqrantlar isə müdaxiləyə baxmayaraq, hündür hasarlarla əhatə olunmuş sərhədi aşmağa müvəffəq olublar.

Yunanıstan Təhlükəsizlik Qüvvələri gecə saatlarında da gözyaşardıcı bomba ilə sərhəddə gözləyən miqrantlara intensiv müdaxilə ediblər. A

ralarında xeyli sayda körpə olan miqrantlar qazdan zəhərləniblər. Onlara Türkiyənin Təcili Tibbi Yardım Briqadaları köməklik göstərib.

Digər tərəfdən, Midilli adasında Thermi Limanına rezin qayıqla gedən və aralarında uşaqların da olduğu qanunsuz miqrantlar radikal millətçi qrupun müdaxiləsi ilə qarşılaşıblar. Onların sahilə çıxmasına mane olan və qayığı geri itələyən qrup üzvləri jurnalistlərə də hücum ediblər. 2 alman media nümayəndəsinə zərbə endirən radikal qrup üzvləri bəzi jurnalistlərin fotoaparatını və avadanlıqlarını dənizə atıblar. Hadisə yerinə gedən polislər miqrantları qayıqdan düşürərək qeydiyyat işlərinin aparılması üçün Moria düşərgəsinə yola salıblar.



Әlaqәli Xәbәrlәr