Suriyada müxaliflər Serakibi geri aldı

Suriyanın İdlib bölgəsində “mülayim müxaliflər” strateji əhəmiyyətə malik Serakib rayonunu rejim qüvvələrindən geri alıblar.

1367122
Suriyada müxaliflər Serakibi geri aldı

Suriyanın İdlib bölgəsində “mülayim müxaliflər” strateji əhəmiyyətə malik Serakib rayonunu rejim qüvvələrindən geri alıblar.

İdlibdə Gərginliyi Azaltma Bölgəsində M4 və M5 yollarının qovşağında yerləşən Serakib rayona nəzarət rejim qüvvələri ilə şiddətli qarşıdurmalardan sonra müxaliflərin nəzarətinə keçib.

Fevralın 26-da gecə rayon mərkəzinin xarici məhəllələrinə çatan müxaliflər ilə rejim qüvvələri arasında səhərə qədər şiddətli qarşıdurmalar davam edib.  Şəhərin xarici məhəllələrinə girən müxaliflər tamamilə rayon mərkəzini ələ keçiriblər.

Qeyd edək ki, Serakib rayonu ölkənin ən əhəmiyyətli şəhərlərini bir-birinə bağlayan M4 və M5 yollarının birləşdiyi strateji nöqtədə yerləşir.



Әlaqәli Xәbәrlәr