"Şənbə günündən hər şey normala dönəcək”, H.Ruhani

Paytaxt Tehranda “Korona virusuna qarşı mübarizə” toplantısında iştirak edən İran prezidenti virusa qarşı görülən tədbirlərdən bəhs edərək deyib

1366495
"Şənbə günündən hər şey normala dönəcək”, H.Ruhani

 

  İran prezidenti Həsən Ruhani yeni tip korona virusuyla (Kovid-19) bağlı qorxu yayılmasını "düşmənin sui-qəsdi" adlandırdı.

  Paytaxt Tehranda “Korona virusuna qarşı mübarizə” toplantısında iştirak edən ölkə prezidenti virusa qarşı görülən tədbirlərdən bəhs edərək deyib: “İlk günlər xəstəxanalara müraciət sayı yüksək idi, ancaq son günlər azalıb və müalicə olunanlarında da nisbətində artım var. Bütün qurumlar diqqətli olmalıdır. Cəmiyyətdə qorxunun yayılması və ölkənin tətil edilməsi düşmənin sui-qəsd planıdır. Hər kəs öz işi ilə məşğul olsun. Şənbə günündən (29 fevral) etibarən hər şey normala dönəcək”.

  Xatırladaq ki, İran Səhiyyə Nazirliyi “Kovid-19” korona virusu ilə bağlı həyatını itirənlərin sayının 15-ə, hadisə sayının isə 95-ə yüksəldiyini bildirib.



Әlaqәli Xәbәrlәr