Suriyada Türkiyəyə qurulan tələ

Suriyada Bəşər Əsəd ünsürlərinin Hələb şəhər mərkəzindəki bəzi yaşayış məntəqələrinə  silahla hücum edərək Türkiyəni “dinc vətəndaşları hədəf almaq”da ittiham etməyə hazırlaşdığı öyrənilib.

1363564

İdlibdəki təmkinli müxaliflər Əsəd rejim ünsürlərinin radioqəbuledicisinə daxil olub. 

Müxalifətin çatdırdığı məlumata görə, rejim qüvvələri Hələbin Hamdaniyə məhəlləsinə hücum edərək, Türkiyəni buradakı dinc vətəndaşları öldürməkdə ittiham edən təbliğat başlatmağa hazırlaşır.

Qeyd edək ki, Əsəd rejim qüvvələri 2016-cı ilin dekabr ayından bəridir Hələb şəhər mərkəzinə tamamilə nəzarət edir.

Təmkinli müxalif qruplar rejim qüvvələrinin İdlibin cənubunda ələ keçirdiyi yaşayış yerlərini geri qaytarmaq üçün fevralın 20-də əməliyyat başlatmışdı.

Әlaqәli Xәbәrlәr