Avropa İttifaqı İdlibdə hücumların dərhal dayandırılması üçün çağırış etdi

Avropa İttifaqı Bəşər Əsəd rejimi və ona dəstək olanların Suriyada İdlibdəki hərbi hücumlarının qəbuledilməz olduğunu bildirərək, bütün tərəfləri silahlı toqquşmalara dərhal son qoymağa çağırıb.

1363658

Avropa İttifaqı Şurasının bu çağırışı Suriyanın İdlib şəhərindəki son vəziyyətə dair yayılan deklerasiyada yer alıb.

Deklerasiyada “Suriya rejimi və ona dəstək olanlar tərəfindən İdlibdəki yeni hərbi hücum ciddi insani acılara səbəb olur və qəbuledilməzdir” ifadələri işlədilib.

Deklerasiyada bütün tərəflərin beynəlxalq hüquq əsaslarına əməl etmələri, ehtiyacı olanlara humanitar yardımları maneəsiz və birbaşa çatdırmaları tələbi yer alıb.

Aİ-nin BMT nəzdində yürüdülən siyasi prosesə verdiyi dəstəyin təkrar olunduğu deklerasiyada bütün tərəflər daimi atəşkəs təmin etməyə, dinc sakinləri qorumağa və Soçi razılaşması çərçivəsindəki vədlərə dəqiq şəkildə əməl etməyə çağrılıb.  

Deklerasiyada həmçinin Suriyadakı vəziyyətin Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olunması istənib.

Әlaqәli Xәbәrlәr