Sergey Şoyqu çevrilişçi general Hafter ilə görüşdü

Rusiya Müdafiə naziri Sergey Şoyqu, Liviyanın şərqində yerləşmiş müxalif silahlı qüvvələrin lideri general Xəlifə Hafter ilə görüşdü.

1362560
Sergey Şoyqu çevrilişçi general Hafter ilə görüşdü

Nazirlikdən yayılan yazılı açıqlamada Şoyqu ilə Hafter arasında baş tutan görüşdə Liviyadakı vəziyyətin müzakirə edildiyi bildirilib. 13 Yanvarda paytaxt Moskvada baş tutan  və atəşkəsin bərpası, ölkədəki vəziyyətin yaxşılaşdırılması üçün prosesin başladılmasına dair  keçirilən  iclasda  edilən danışıqların əhəmiyyətinə toxunulduğu, Almaniyada yanvarın 19-da keçirilmiş Berlin konfransında qəbul edilmiş qərarların həyata keçirilməsinin vacibliyi və böhranın diqlomatik yollarla həllinin daha bir dəfə səsləndirildiyi qeyd edilib. Açıqlamada görüşün keçirildiyi yer barədə məlumat verilməyib.

 

 

 

 


Etiketlәr: #Rusiya , #Sergey Şoyqu

Әlaqәli Xәbәrlәr