Türkiyə və Rusiya heyətləri yenə bir araya gəldi

Xəbər yeniləndi...

1361560
Türkiyə və Rusiya heyətləri yenə bir araya gəldi

 

  Türkiyə və Rusiya heyətləri Suriyanın İdlib Gərginliyi Azaltma Bölgəsindəki vəziyyəti müzakirə etmək üçün paytaxt Moskvada fevralın 18-də olan görüşləri 2 saat davam etdi və sona çatdı. 

  Görüşlərin ikinci günü Rusiya Xarici İşlər Nazirliyi binasında yerli saatla 10.00-da mətbuata qapalı olaraq başladı. Türkiyə heyətinə Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal, Rusiya heyətinə isə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin və Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev başçılıq edirdi.

  Xatırladaq ki, fevralın 17-də Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın başçılığı altındakı Türkiyə heyətilə Rusiya heyəti tərəfindən İdlib məsələsi Rusiyanın paytaxtı Moskvada müzakirə olunmuşdu. Türkiyənin nümayəndə heyəti sahədəki gərginliyi tez bir zamanda azaltmağın və humanitar vəziyyətin daha da pisləşməsinin qarşısını almağın vacibliyini vurğulamışdı. Görüşdə İdlibdə Soçi razılaşmasını tam şəkildə yerinə yetirmək və pozuntuların qarşısını almaq üçün görüləcək tədbirlər də müzakirə olunub.



Әlaqәli Xәbәrlәr