İdlibdә yaşayış mәntәqәlәrinә hücum nәticәsindә dinc vәtәndaşlardan dördü  hәlak olub

Bәşәr Әsәdә sadiq qüvvәlәr vә onları dәstәklәyәn Rusiya  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

1361343

Hücumlar zamanı dörd dinc sakin hәlak olub.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn,Bәşәr Әsәd rejiminә məxsus döyüş təyyarələri  “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki qәsәbәlәrә vә kәndlәrә ağır zәrbәlәr endirib.

Mǝlumatda qeyd olunub ki, Rusiyaya mǝxsus döyüş tǝyyarǝlǝri dünǝn sabah saatlarından etibarǝn Daret İzze qǝsǝbǝsinin çox sayda kǝndinǝ ağır zǝrbǝlǝr endirib.

Hücumlar nǝticǝsindǝ Ebzimo kǝndindǝ üç, Türkiyǝyǝ beş kilometr mǝsafǝdǝ yerlǝşǝn Dana bölgǝsindǝ isǝ bir dinc sakin hǝlak olub.

Qeyd edǝk ki, Rusiyaya mǝxsus qırıcılar dünǝn Daret İzze qǝsǝbǝsindǝki iki xǝstǝxananı hǝdǝf alıb.

Әlaqәli Xәbәrlәr