Əsəd rejimi və Rusiya qırıcıları İdlibə növbəti dəfə aviazərbələr endirdilər

Bəşər Əsəd rejimi və Rusiya qırıcılarının İdlib Gərginliyin Azaldılması Bölgəsində yerləşən yaşayış məntəqələrinə növbəti hücumunda 17 nəfər həyatını itirib.

1356078
Əsəd rejimi və Rusiya qırıcıları İdlibə növbəti dəfə aviazərbələr endirdilər

 

  Müxaliflərin yaydıqları məlumata görə, Rusiya və Əsəd rejiminə məxsus qırıcı təyyarələr dünən gecə radələrində Hələbin İdlib Gərginliyin Azadılması Əraziləri daxilindəki yaşayış məntəqəsinə aviazərbələr endiriblər. Bildirilib ki, hava hücumları nəticəsində Kefer Nuranda 9, Şeyx Əlidə 3, Orum Es Suqrada 2 və Etaribdə 3 olmaqla 17 nəfər həyatını itirib, 30-dan çox dinç sakin yaralanıb.



Әlaqәli Xәbәrlәr