Casusluq etməkdə ittiham olunan Əmir Rəhimpur edam ediləcək

İran məhkəməsi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) casusluq etməkdə ittiham olunan Əmir Rəhimpur barədə edam hökmü çıxarıb.

1353150
Casusluq etməkdə ittiham olunan Əmir Rəhimpur edam ediləcək

Bu barədə "Mehr" agentliyi məlumat yayıb. Bildirib ki, İran məhkəməsinin nümayəndəsi Qulamhüseyn mətbuata açıqlamasında İranın nüvə proqramı haqqında ABŞ-a məlumat köçürən MKİ casusu haqqında ölüm hökmü verildiyini qeyd edib. Ali Cinayət Məhkəməsinin hökmü yaxın zamanda həyata keçiriləcək.

İsmailinin sözlərinə görə ABŞ-a casusluqda ittiham edilən hümanitar yardım təşkilatı vəzifəlisi iki nəfər də 15 il həbs cəzasına məhkum edilib.



Әlaqәli Xәbәrlәr