Tramp İran İnqilab mühafizəçiləri korpusunun yeni kamandirini təhdid etdi
Amerikalıları öldürəcəyi təqdirdə Vaşinqton İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin yeni komandiri general İsmail Kaanini də aradan götürəcək.

Bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk “Əl-Şərq Əl-Avsat”a müsahibəsində bildirib.
“Kaani amerikalıları öldürməyə davam edəcəyi təqdirdə eyni aqibət onu da gözləyir”, - deyə Huk bəyan edib.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İranın amerikalı əsgərləri öldürməsindən sonra general Qasım Süleymaninin zərərsizləşdirilməsi barədə əmr vermişdi.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Hərbi Hava Qüvvələrinin Bağdad Hava limanı yaxınlığında raket hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymani öldürülüb.
Әlaqәli Xәbәrlәr
Nanqarharda gips zavoduna hücum, 7 nəfər ölüb
Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində gips zavoduna silahlı hücum təşkil edilib.

Əhməd Əbu Qayt yenidən Ərəb Birliyinin Baş katibi seçildi
Ərəb Birliyinin Xarici İşlər Nazirləri səviyyəsindəki iclası paytaxt Qahirədə keçirildi.