İran prezidenti Həsən Ruhani İsveç hökumətinə başsağlığı verdi

Amerika Birləşmiş Ştatlarının bölgədəki hərbi mövcudluğu gərginliyin tarıma çəkilməsinə və xalqların qəzəbinə səbəb olur. Bunu İran prezidenti Həsən Ruhani deyib.

1339432
İran prezidenti Həsən Ruhani İsveç hökumətinə  başsağlığı verdi

İranın Prezident aparatından yayılan məlumata görə Həsən Ruhani İsveç Baş naziri Stefan Löfvenə telefon edərək İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən İsveç vətəndaşları üçün başsağlığı verib. İranın qəza ilə bağlı istintaqı davam etdirəcəyini, əldə ediləcək konkret nəticələri beynəlxalq ictimaiyyətlə bölüşüləcəyini bildirib.

Belə hadisələrin yaranmaması üçün lazımlı tədbirlərin görülməsinin əhəmiyyətinə diqqət çəkən Ruhani: “Regional problemlər siyasi və danışıqlar yolu ilə dövlətlərin suverenliyinə hörmət çərçivəsində həll edilməlidir. ABŞ-ın bölgədəki hərbi mövcudluğu gərginliyi artırdı. Bu da bölgədəki xalqların qəzəbinə səbəb oldu. Bölgədə təhlükəsizliyi yenidən bərpa etmək üçün beynəlxalq əməkdaşlıq vacibdir”.

İranın ABŞ_nın İraqdakı Ayn əl-Əsəd aviabazasına hücumunun BMT-nin 51-ci maddəsi çərçivəsində həyata keçirildiyini xatırladan Ruhani vurğulayıb ki, Amerika bölgədə cərəyan edən son hadisələrə görə məsuliyyət daşıyır. Hər kəs ABŞ-ın bölgədə törətdiyi cinayətləri qınamalıdır.

Löfvendə öz növbəsində deyib: “Qəza ilə əlaqəli istintaq şəffaf olmalıdır. İsveç raşdırmalarda iştirak etməkdə hazırdır. Bölgədə sabitlik və təhlükəsizliyin bərpası uğrunda əməkdaşlıq edilməsi fikrini dəstəkləyir” deyə vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr