ABŞ ordusu Suriyadakı bazalarını  gücləndirir

ABŞ ordusu Suriyanın şimal-şərqindəki neft yataqlarının yaxınında yerləşən hərbi bazalarına logistika vasitələri və zirehli maşınlar göndərdi.

1339965
ABŞ ordusu Suriyadakı bazalarını  gücləndirir
abd suriye zirhli arac.jpg

 

İraq-Suriya arasındakı Əl-Valid sərhəd qapısından dünə gecə Suriya ərazilərinə daxil olan 120 yük maşınından ibarət karvan Haseke-Deirizor marşrutu uzərində irəliləyərək ABŞ bazalarına getdi.

Konvoyda zirehli texnikalar başda olmaqla müxtəlif hərbi vəsaitlər daşıyan yük maşınları iştirak etdi.

ABŞ sülh Bulağı Əməliyyatından sonra Suriyadakı hərbi mövcudluğunu YPG / PKK-nın işğalında olan neft yataqlarına yönəltərək bu ərazilərə çox miqdarda hərbi texnika cəlb edib.

Xatırladaq ki, Suriyanın Haseke, Raqqa və Deyrizor şəhərlərində ABŞ-na məxsus 11 hərbi bazada var.

Qeyd edək ki, 15 oktyabr 2019-cu ildə Amerika komandirləri qəbilə liderlərilə Deyrizorda keçirdikləri görüş zamanı onlara bölgədən çıxmayacaqları mövzusunda vəd verdilər. ABŞ Prezidenti Donald Tramp da 23 oktyabrda verdiyi açıqlamada ölkənin şərqindəki neft yataqlarının təhlükəsizliyini bərpa etdiklərini bu səbəbdən ABŞ-nın ərazidəki hərbi varlığının daha bir müddət davam edəcəyini bildirdi.



Әlaqәli Xәbәrlәr