İraq prezidenti Bəhram Saleh  İranın Amerikan hərbi bazalarına hücumunu qınayıb

İraq prezidenti Bəhram Saleh  İranın Amerikan hərbi bazalarına hücumunu qınayan açıqlama verib.

1337423
İraq prezidenti Bəhram Saleh  İranın Amerikan hərbi bazalarına hücumunu qınayıb

İraq prezidenti Bəhram Saleh  İranın Amerikan hərbi bazalarına hücumunu qınayıb.

Saleh bölgədə yaranan təhlükəli vəziyyəti narahatlıqla təqib etdiklərini bildirən açıqlamasında “İraq torpaqlarındakı hərbi bazaları hədəf alan İranın hücumunu qınayırıq” ifadəsini işlədib.  

İraq prezidenti “Hücumlar ölkəmin suverenliyinə istiqamətli pozuntulardır. Münaqişəli tərəflərin İraqı hərb meydanına çevirməsini qəbul etmirik” deyib.

Koalisiya qüvvələrinin İraqda hökumətlə imzalanan müqavilələr çərçivəsində mövcud olduğuna diqqət çəkən Saleh bunları deyib:

“Koalisiya qüvvələrinin İraqdakı mövcudluğu ölkəmizin daxili məsələsidir və İraq hökuməti ilə məclisini əlaqədar edir. Hər kəsi məntiqli rəftar etməyə və dialoqa əhəmiyyət verməyə dəvət edirik. Ölkəni bölgənin təhlükəsizliyi və sabitliyini təhdid edən toqquşmaya aparmaqdan imtina etməyə çağırırıq.”



Әlaqәli Xәbәrlәr