İraqın baş naziri ABŞ-ın Bağdad səfirinə ölkəsinin qərarını çatdırıb

İraqın baş naziri Adil Əbdülmehdi ABŞ-ın Bağdad səfiri Mathev Tuellerə ölkədəki xarici qüvvələrin çıxarılması barədəki qərarını çatdırıb.

1335863
İraqın baş naziri ABŞ-ın Bağdad səfirinə ölkəsinin qərarını çatdırıb

İraqın baş naziri Adil Əbdülmehdi ABŞ-ın Bağdad səfiri Mathev Tuellerə ölkədəki xarici qüvvələrin çıxarılması barədəki qərarını çatdırıb.

İraq hökumətinin yazılı bəyanatına görə, baş nazir Əbdülmehdi səfir Tuelleri Bağdaddakı ofisində qəbul edib. Görüşdə gündəmdəki məsələlər və İraq hökumətinin mövqeyinə dair mövzular müzakirə olunub.

Baş nazir Əbdülmehdi İraq Məclisinin qərarına uyğun olaraq xarici qüvvələrin ölkədən çıxması və ABŞ ilə əlaqələrin güclü təmələ əsaslanması üçün birgə işləməyin vacibliyini dilə gətirib.

Mövcud vəziyyətin ciddiliyi və ehtimal olunan nəticələrinə işarə edən Əbdülmehdi açıq bir müharibəyə üz tutulmasına mane olmaq üçün ölkəsinin ciddi cəhd göstərdiyini vurğulayıb.

İraqın baş naziri ölkəsinin münasibətlərinin; əməkdaşlıq, qarşılıqlı hörmət və təhlükəsizlik, sabitlik və milli suverenliyin qorunması əsasına arxalandığını qeyd edib.

İraq Məclisi yanvarın 5-də ABŞ qüvvələrinin İraqdan çıxarılmasına qərar verdi. Məclis qərarı icra etmək öhdəliyini hökumətə tapşırdı.

ABŞ Prezidenti Donald Trump isə,  İraq Parlamentinin ABŞ əsgərlərinin ölkəni tərk etməsini tələb etməsi qərarına reaksiya göstərərək, "Əgər bizi ölkədən çıxartmaq istəyirlərsə və bunu dost şəkildə yerinə yetirməsələr, əvvəllər heç görmədikləri ağır sanksiyaları tətbiq edəcəyik. İrana tətbiq edilən sanksiyaları yüngül qalacaq" demişdi.



Әlaqәli Xәbәrlәr