Qasim Süleymani üçün Tehranda mərasim keçirildi

ABŞ-ın Bağdadda təşkil etdiyi hücumda öldürülən İran İnqilabı Keşikçiləri Korpusunun "Qüds" qüvvələri üzrə komandanı general Qasim Süleymani və "Həşd Şabi" qüvvələrinin komandan müavini Əbu Mehdi Mühəndisin cənazələri Tehrana gətirililib.

1335367
Qasim Süleymani üçün Tehranda mərasim keçirildi

Tehranın hava limanında cənazələri ölkənin hərbi rəhbərliyi, rəsmilər, gecə saatlarından hava limanına axışan insanlar qarşılayıb. Tehranda təşkil edilən cənazə mərasimi artıq başlayıb. Milyonlarla insanın qatıldığı mərasimdə ABŞ və İsrail rejimi əleyhinə şüarlar səsldirilib. Daha sonra şəhidlərin cənazələri Tehran Universitetinin yerləşdiyi Azadi meydanına aparılıb və bu gün səhər Ali rəhbər Ayətullah Xameneinin imamətliyi ilə cənazə namazı qılındı. Milyonlarla Tehran sakini və digər şəhərlərdən gəlmiş insanlar cənazə namazında iştirak etmək və şəhidlərlə vidalaşmaq üçün gecə saatlarından Tehran Universitetinə tərəf axın edib. Cənazə namazından sonra cənazələr Qum şəhərinə göndəriləcək. Burada da vida mərasimi bitdikdən sonra Qasim Süleymaninin cənazəsi dəfn üçün Kirmana yola salınacaq.



Әlaqәli Xәbәrlәr