Aviv Kohav : “İranın İraqda yerləşməsinə icazə verməyəcəyik”

İranın Suriya və İraqda yerləşməsinə icazə verməyəcəyik. Bunu İsrail Baş Qərargah rəisi Aviv Kohav deyib.

1329540
Aviv Kohav : “İranın İraqda yerləşməsinə icazə verməyəcəyik”

İsrail Baş Qərargah rəisi Kohav Herzilya şəhərində təşkil edilən konfransda, İran İnqilab Keşikçiləri Korpusuna mənsub Qüds Qüvvələri İraqa müasir hərbi texnikalar yerləşdirməkdə davam etdiyini ifadə edərək:” İranın İraq və Suriyada yerləşməsinə icazə verməyəcəyik”-deyə vurğulayıb.

İsrail və İran arasında qarşıdurma ehtimalına da toxunan Kohav İran ilə ölkəsi arasında məhdud seviyyədə olsa da qarşıdurma olabiləcəyini və bunun üçün hazırlıqlara davam etdiklərini qeyd edib.

Xatırladaq ki, 19 İyulda İraqın Səlahəddin əyalətindəki Əmirli və 28 İyulda isə Bağdadın şimal-şərqindəki başqa bir hərbi düşərgədə İrana məxsus silah-sursat anbarlarının İsrail tərəfindən bombalandığı irəli sürülsə də rəsmi Təl-Əviv deyilənlərə biganə qalaraq açıqlama yaymadı.

Avpqust ayında İsrail Baş naziri Binyamin Netanyahu Ukraynanın paytaxtı Kiyevə reallaşdırdığı səfər çərçivəsində verdiyi açıqlamada İranın İraqdakı hərbi hədəflərinin İsrail tərəfindən dağıdıldığını bildirdi.

 

 

 



Әlaqәli Xәbәrlәr