İraqda nümayişçilərin aclıq aksiyası

İraqın paytaxtı Bağdadda nümayişçilər istəklərinə cavab verilməsi üçün aclıq aksiyasına başladıqlarını bildiriblər.

1328295
İraqda nümayişçilərin aclıq aksiyası

İraqın paytaxtı Bağdadda nümayişçilər istəklərinə cavab verilməsi üçün aclıq aksiyasına başladıqlarını bildiriblər.

Sosial şəbəkədə yer tutan açıqlamada nümayişçilər iraqlıları istəkdikləri şəkildə bir seçki qanunu qəbul edilinədək 24 dekabrda saat 08:00-da başladıqları aclıq tətilinə dəvət edib.

Bu qərarla sülhməqsədli yoldan Məclis üzərində təzyiq yaratmağı və tələbləri istiqamətində bir seçki qanununun qəbul edilməsini hədəf götürdüklərini bildirən nümayişçilər indiyədək istəklərinə cavab verilmədiyini vurğulayıblar.

Nümayişçilər prezident Bərham Salehi də müvəqqəti baş nazir təyin olunmasında istəklərini nəzərdə tutmağa çağıraraq, Məclisdəki səsvermənin ictimaiyyətə açıq və televiziyadan canlı yayımlanmasını istəyib.

Tələblərinin haqlı olduğunu və geri addım atmayacaqlarını ifadə edən nümayişçilər əks təqdirdə yeni metodlarla nümayişlər keçiricəkləri barədə rəsmiləri xəbərdar ediblər.

İraqda oktyabrın 1-dən bəridir davam edən hökumət əleyhinə nümayişlər səbəbindən baş nazir Adil Əbdülmehdi 29 noyabrda vəzifəsindən istefaya çıxmışdı.



Әlaqәli Xәbәrlәr