İranda təhlükəli ölçüdə hava çirkliliyi

... Tehranın simvollarından olan Milad qülləsi belə görünmür.

1327620
İranda təhlükəli ölçüdə hava çirkliliyi

 

  İranda təhlükəli ölçüdə müşahidə edilən və qeydiyyata düşən hava çirkliliyilə bağlı paytaxt Tehran, Kərəc, Arak, Təbriz, Qum, Urmiya və İsfahan kimi böyük şəhərlərdə təhsilə fasilə verilib.

  Son günlər 150 mikroqram kubmetri keçən hava kirliliyilə bağlı Tehranın simvollarından olan Milad qülləsi belə görünmür.

  Həssaslığı olan və xəstə insanlar üçün təhlükəli səviyyədə olduğu bildirilən hava çirkliliyindən qorunmaq üçün maska taxan camaat hökumətdən mövzuyla əlaqədar ciddi addımlar atmasını istəyir.

  Tehran bələdiyyəsi hava kirliliyini azaltmaq məqsədilə yük maşınılarının yola çıxmasıyla bağlı məhdudlaşdırmanı davam etdirməklə yanaşı bundan əvvəl müəyyən yollarda bir gün tək, bir gün cüt nömrəli avtomobillərin sürülmə tənzimləməsini bütün şəhərə tətbiq edib.



Әlaqәli Xәbәrlәr