Əsəd rejimi “İdlib deeskalasiya bölgəsi”ndə iki kəndin nəzarətini ələ keçirib

Suriyada Bəşər Əsəd rejimi qüvvələri ona dəstək olanların köməyilə “İdlib deeskalasiya bölgəsi”ndə iki kəndin nəzarətini ələ keçirib.

1327032

Rejim qüvvələri və ona dəstək olanlar Astana razılaşmasını əsassız qəbul edərək İdlibin cənub-şərqində son iki aydır irəliləmə cəhdlərini davam etdirirlər.

İdlibin Maarratünnuman və Serakib qəsəbə mərkəzləri ətraf əraziləri şiddətli hücumların hədəfindədir.

Əsəd rejiminin dekabrın 19-da gecə radələrində qurudan irəliləmə məqsədli başlatdığı hücuma İranın dəstəklədiyi xarici terrorçu qruplar və Rusiyanın xüsusi təyinatlılarının başçılıq etdiyi “Pələng qüvvələri” adlı 5-ci Legion” da dəstək olub.   

Rejim bununla Maarratünnumana bağlı Um Calal ilə Um Taveyne kəndlərinə nəzarəti ələ keçirib.

Hərbi müxalifət və rejim əleyhinə silahlı qruplar ilə Əsəd rejimi qüvvələri arasında eyni qəsəbənin tərkibindəki İcaz və Tel Cəfər kəndlərində də toqquşmalar gedir.

Әlaqәli Xәbәrlәr