Türkiyә vә Rusiya hәrbçilәri Suriyada XV patrul xidmәtini hәyata keçirib

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1322390
Türkiyә vә Rusiya hәrbçilәri Suriyada XV patrul xidmәtini hәyata keçirib

 

 

Şoçidә әldә olunan razılaşmaya çәrçivәsindә  Türkiyә vә Rusiya hәrbçilәri Fәrat çayının şәrqindә 15-ci birgә patrul xidmәtini hәyata keçirib.

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Patrulda  Türkiyәnin dörd  vә Rusiyanın dörd zirәhli  avtomobillәri iştirak edib.

Mәlumata görә, Türkiyә Silahlı Qüvvәlәri vә Rusiya Silahlı Qüvvәlәri  Kamışlı-Rasulayn  bölgәsindә birgә patrul xidmәtini hәyata keçirib.

Bu, Türkiyə-Suriya sərhəd xətti boyunca həyata keçirilən 15-ci birgə patruldur.

Xatırladaq ki, Türkiyә vә Rusiya hәrbçilәri birinci  birgә patrul xidmәtini noyabrın birindә hәyata keçirmişdi.



Әlaqәli Xәbәrlәr