Rusiya, Türkiyə və İran Suriya neftinə dair birgə bəyanat yaydı

Astana prosesinin iştirakçısı olan ölkələr – Rusiya, Türkiyə və İran Suriyanın neft gəlirlərinin müsadirə olunmasına qarşı çıxdıqlarını açıqlayıblar.

1322218
Rusiya, Türkiyə və İran Suriya neftinə dair birgə bəyanat yaydı

 

  Rusiya, Türkiyə və İran Suriyanın neft gəlirlərinə dair birgə bəyanat yayıb.

  Astana prosesinin iştirakçısı olan ölkələr – Rusiya, Türkiyə və İran Suriyanın neft gəlirlərinin müsadirə olunmasına qarşı çıxdıqlarını açıqlayıblar. Birgə bəyanatda deyilir ki, həmin 3 ölkə Suriyanın neft gəlirlərinin müsadirə edilməsindən narazıdır: “Rusiya, Türkiyə və İran Suriyaya məxsus neft gəlirlərinin hüquqazidd olaraq müsadirə olunmasından və həmin vəsaitin istifadə edilməsindən narahatdır”.

  Qeyd edək ki, bu bəyanat Rusiya, Türkiyə və İran nümayəndələrinin Qazaxıstan paytaxtı Nur-Sultandakı danışıqlarının 14-cü görüşündə sonra yayımlanıb.

 



Әlaqәli Xәbәrlәr