İraqda ölənlərin sayı 424-ə çatdı

İraqda 1 oktyabrdan bəri davam edən etiraz aksiyalarında 424 adam həyatını itirdi, təxminən 9000 nəfər də yaralandı.

1322145
İraqda ölənlərin sayı 424-ə çatdı

BMT-nin İraqdakı yardım ofisinin 5 noyabr - 8 dekabr tarixlərini əhatə edən hesabatı açıqlandı.

Hesaatda bildirilib ki, söz mövzusu tarixlər arasında İraqda 170 nəfər ölüb, 2 min 264 adam yaralanıb. Nümayişlərin başladığı 1 oktyabr-8 dekabr tarixləri arasında ölənlərin sayı 424, bədən xəsarəti alanların sayı isə 8 min 775 nəfər olub. Ancaq ölənlərin sayının konkret olmadığı bu sayın arta biləcəyinin təxmin edildiyi bildirilib.

Hebasatda, ölkədə insan hüquqları pozuntusunun davam etdiyinə diqqət çəkilib. Bildirilib ki, 1 oktyabrda başlayan hökumət əleyhinə etiraz nümayişləri hələ də davam edir. Paytaxt Bağdad başda olmaqla ölkənin mərkəzi və cənub ərazilərindəki şəhərlərdə keçirilən aksiyalarda İranın ölkədəki təsiri və müdaxiləsinə reaksiya göstərilir.



Әlaqәli Xәbәrlәr