İran və Azərbaycan birgə sənaye şəhərciyi inşa edəcəklər

Bu sözləri İranın sənaye, ticarət və mədənlər naziri Rza Rəhmani söyləyib.

1319680
İran və Azərbaycan birgə sənaye şəhərciyi inşa edəcəklər

 

   İranla Azərbaycanın iqtisadi əlaqələrini daha da genişləndirmək məqsədilə birgə müştərək sənaye şəhərciyinin inşası barədə razılıq əldə edilib. Bu sözləri Azərtac İnformasiya Agentliyinə müsahibəsində İranın sənaye, ticarət və mədənlər naziri Rza Rəhmani söyləyib. O bildirib: 

  "Sənaye şəhərciyi Azərbaycanla sərhəd bölgədə yerləşən Ərdəbil vilayətinin Parsabad şəhərində salınacaq. Şəhərciyin Ərdəbil vilayətində salınması heç də təsadüfi deyil. Belə ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan və İranla Azərbaycanı birləşdirən dəmir yolu məhz bu ərazidən keçəcək. Şəhərciyin dəmir yoluna yaxın ərazidə inşa edilməsi idxal-ixrac əməliyyatlarının artması və asanlaşması üçün əlverişlidir. Gələcəkdə bu sənaye şəhərciyində istehsal ediləcək və buraya daxil olacaq mallar Azərbaycan ərazisindən keçməklə Orta Asiya və Rusiyaya göndəriləcək.

  Belə müştərək layihələr hər iki ölkənin iqtisadiyyatının daha da inkişafına böyük təkan verəcək".



Әlaqәli Xәbәrlәr