Talibanın hücumu nəticəsində çox sayda polis həyatını itirdi

Əfqanıstanın şimalında yerləşən Kunduz əyalətinin İmam Sahip rayonunda terror təşkilatı Taliban silahlıları polis məntəqəsinə hücum təşkil ediblər. Terror aktı nəticəsində 10 polis əməkdaşı həyatını itirib.

1319005
Talibanın hücumu nəticəsində çox sayda polis həyatını itirdi

 

Kunduz şəhər Şurasının sədri Məhəmməd Yusif Əyubinin məlumatına görə Taliban üzvlərinin hücumunda 3 polis məmuru da yaralanıb. Terroristlərin hücumu zamanı baş verən qarşıdurmada bir necə Taliban üzvünün zərərsizləşdirildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr