İraqdakı ABŞ hərbi bazasına raket hücumu

İraqın Səlahəddin vilayətində ABŞ əsgərlərinin qaldığı Beled hərbi bazasına raketlə hücum edilib.

1318680
İraqdakı ABŞ hərbi bazasına raket hücumu

İraqın Səlahəddin vilayətində ABŞ əsgərlərinin qaldığı Beled hərbi bazasına raketlə hücum edilib.

İraq Təhlükəsizlik Şəbəkəsi tərəfindən verilən açıqlamada Beled hərbi bazasına iki ədəd katyuşa növ raket atıldığı bildirilib.

Hücumda ölən olmadığı bildirilən açıqlamada bazaya kimin hücum etdiyi barədə məlumat verilməyib.

ABş əsgərlərinin qatıldığı Ənbardakı Aynül Əsəd hərbi bazasına da iki gün əvvəl raketlə hücum edilmişdi.



Әlaqәli Xәbәrlәr