Rusiya Suriyanın şimalında hərbi bazalarının sayını artırır

Rusiya Suriyanın şimalında terror təşkilatı YPG/PKK-nın işğalındakı bölgələrdə hərbi hissələrini yerləşdirmə fəaliyyətlərini davam etdirir. Həmin çərçivədə daha üç məntəqəyə hərbçilər yerləşdirdi.

Yerli qaynaqlardan əldə edilən məlumata görə, aralarında rütbəlilərin də olduğu 20-yə yaxın rus hərbi polisi Suriyanın şimalında Hasekenin YPG/PKK-nın işğalındakı Amude qəsəbəsində bir hərbi məntəqədə yerləşdirildi.

Qamışlının qərbində Türkiyə sərhədinə yaxın bir nöqtədəki Amudedə “Sülh çeşməsi” hərəkatından sonra Türkiyə və Rusiya arasında razılaşmaya əsasən birgə patrul xidməti göstərmişdi.

Ayrıca Rusiya Kkobaninin cənub-qərbindəki Ayn İsa məntəqəsində olan Silalor bölgəsində də yerləşib. Rus qüvvələrindən sonra rejim qüvvələri də həmin bölgədə yerləşib.

Rusiyanın keçən günlərdə Aynularabın şimal-qərbindəki İzaa nöqtəsinə də yerləşdiyi öyrənilib.

ABŞ Suriyanın şimalındakı hərbi mövcudluğunu ölkənin şərqindəki neft zəngini sahələrə nəql edərkən, Rusiya ABŞ-ın çəkildiyi üç bazada (Sırrin, Ayn İsa, Münbiçdəki Saidiyə) yerləşmişdi.

Rus hərbçiləri Tişrin su anbarında da yerləşdikdə; Kamışlı hava limanındakı mövcud sahəni də genişlətmişdi.

Әlaqәli Xәbәrlәr