İran, Rusiya və Çin ortaq hərbi təlim keçirəcək

İran, Rusiya və Çin Donanması yaxın gələcəkdə Hind Okeanının şimalında birgə hərbi təlim həyata keçirəcək.

1313552
İran, Rusiya və Çin ortaq hərbi təlim keçirəcək

İran Hərbi Dəniz Qüvvələri Komandiri Arm admiralı Hüseyn Xanzadi "Dəniz Günü" münasibətiylə mətbuata açıqlamasında: “Rusiya və Çin ilə birgə həyata keçirilməsi planlaşdırılan hərbi manevr ilə bağlı ön hazırlıqlar tamamlandı”.

 Xanzadi, ABŞ-nın hazırda bölgədə İran üçün birbaşa təhlükə yaratmadığını, yalnız adından çıxış edən aktyorlar vasitəsi ilə etibarsızlıq mühitini artırmağa çalışdığını ifadə edərək:"Amerikalılar səhv edərsə, İran silahlı qüvvələrinin cavabı sərt olar”.

Bu günə qədər 64 donanmanın beynəlxalq sulara cəlb olunduğunu xatırladan admiral, "Demavənd" adlandırdıqları hərbi gəminin isə ilin sonuna dək donanmaya əlavə ediləcəyini və bütün hərbi gəmilərin raketlərlə təchiz olunacağını bildirib.



Әlaqәli Xәbәrlәr