İdlibdə son 25 gün

Suriyada Bəşər Əsəd rejimi və onu dəstəkləyən Rusiya İdlib gərginliyi azaltma bölgəsi sərhədləri daxilindəki yaşayış məntəqələrinə istiqamətli bombardmanında  100 mülki şəxs ölüb, 50 min mülki vətəndaş ev-eşiyindən edilib.

1312225
İdlibdə son 25 gün

Suriyada Bəşər Əsəd rejimi və onu dəstəkləyən Rusiya İdlib gərginliyi azaltma bölgəsi sərhədləri daxilindəki yaşayış məntəqələrinə istiqamətli bombardmanında  100 mülki şəxs ölüb, 50 min mülki vətəndaş ev-eşiyindən edilib.

Yerli qeyri-hökumət təşkilatlarından Suriya Müdaxilə Koordinasiyasının yazılı açıqlamasında İdlib gərginliyi azaltma bölgəsində Əsəd rejiminin əsgərləri, İrana dəstək verən xarici terror qrupları və Rusiyanın son 25 gündə təxminən 10.000 min ailədən ibarət olan təxminən 50 min vətəndaşı köçürdüyü bildirildi.

Eyni dövrdə İdlibdə 90, Hamada 1, Hələbdə 9 mülki vətəndaşın öldürüldüyü və öldürülənlərdən 37-i uşaq olduğu diqqətə çatdırılıb.

Açıqlamada hücumlarından qaçan vətəndaşların böyük bir hissəsinin Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsinin qarşısındakı Suriya torpaqlarında yerləşən Atme, Kah, Deyr Hassan və Kefer Lusin kimi bölgələrdəki düşərgə sahələrinə, İdlibdəki zeytunluqlara və Türkiyənin terrordan təmizlədiyi “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatı bölgələrinə sığındığı vurğulanıb.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında 17 sentyabr 2018-ci ildə imzalanan razılaşmadan bəridir İdlib gərginliyi azaltma bölgəsində rejim və Rusiyanın hücumlarında 1300-dən çox vətəndaş ölüb.

Şiddətli hücumların  olduğu yerlərdən, nisbətən sakit yerlərə və xüsusilə Türkiyə sərhədi yaxınlığına köç edənlərin sayı isə son bir ildə 1 milyonu ötüb.



Әlaqәli Xәbәrlәr