"Düşmənlərimizin hədəfi İranı Suriya və İraqa çevirməkdir", Ə.R.Ədyani

İran Polis Qüvvələrinin Din və Siyasət Xidmətinin katibi Əli Rza Ədyani ölkəsindəki benzin qiymətlərinin artırılmasına etiraz nümayişlərini Səudiyyə Ərəbistanının dəstəklədiyini deyib...

1311596
"Düşmənlərimizin hədəfi İranı Suriya və İraqa çevirməkdir", Ə.R.Ədyani

 

  İran Polis Qüvvələrinin Din və Siyasət Xidmətinin katibi Əli Rza Ədyani ölkəsindəki benzin qiymətlərinin artırılmasına etiraz nümayişlərini Səudiyyə Ərəbistanının dəstəklədiyini deyib. O bildirib:

  "Nəzarətə alınan 182 nəfərin istintaqı zamanı məlum oldu ki, onların bəzilərinin Səudiyyə Ərəbistanı, Xalq Mücahidləri Təşkilatı və şah tərəfdarları ilə əlaqəsi var.

  Nümayişlərdə hökumət qüvvələriylə etirazçılar arasında çıxan qarşıdurmalar “təhlükəsizlik döyüşü”nə bənzəyir. Düşmənlərimizin hədəfi İranı Suriya və İraqa çevirməkdir”.

  Qeyd edək ki, ABŞ-ın sanksiyalarının təsirindən iqtisadi baxımdan çətin günlər keçirən İran xalqı 15 noyabr cümə günündən benzin qiymətlərinin 3 dəfə artırılmasına etirazlarını bildirmək üçün ölkənin bir çox şəhərində nümayişlərə başlayıb.

  Beynəlxalq Əfv Təşkilatı hadisələr zamanı təxminən 115 nümayişçinin həyatını itirdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr