Türkiyәnin Milli Müdafiә Nazirliyi Tel Abyadda törәdilәn hücumla bağlı mәlumat yayıb
Suriyanın Tel Abyad qәsәbәsindә törәdilәn hücum nәticәsindә üç nәfәr hәlak olub.
Suriyanın Tel Abyad qәsәbәsindә törәdilәn hücum nәticәsindә üç nәfәr hәlak olub.
Tel Abyaddakı sәnaye bölgәsindә minalanmış avtomobil ilә törәdilәn hücum nәticәsindә aralarında uşaqların da olduğu 6-ı ağır olmaqla 20 nәfәr dә yaralanıb.Vәziyyәti ağır olaraq qiymәtlәndirilәnlәr Şanlıurfadakı Akçakale Dövlәt Xәstәxanasına çatdırılıb.
Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘DEAŞ-dan fәrqli olmayan terror tәşkilatı YPQ/PKK günahsız dinc sakinlәrә hücum etmәyә davam edir.Әli qanlı terror qruplaşmasının üzvlәri Tel Abyaddakı sәnaye bölgәsindә minalanmış avtomobil ilә hücum törәtdi. İlkin mәlumatlara görә hadisә nәticәsindә üç nәfәr qәtlә yetirilib, 20-dәn çox adam da yaralanıb’’.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir