BMT Əsəd rəjimini qınadı

BMT Suriyada Əsəd rejiminin İdlibdə bir çadır düşərgəsində 12 dinc vətəndaşın ölümünə səbəb olan hücumu qınadı.

1310525
BMT Əsəd rəjimini qınadı

BMT Suriyada Əsəd rejiminin İdlibdə çadır düşərgələrindən birində 12 dinc vətəndaşın ölümünə səbəb olan hücumu qınadı.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir O. Pedersenin xüsusi sözçüsü Najat Rocdi noyabrın 21-də İdlibin şimalındakı Kah kəndindəki çadır düşərgəsinə edilən və 12 dinc vətəndaşın ölümünə səbəb olan hadisəyə dair açıqlama verib.

Bölgədən əldə edilən xəbərlərə görə, rejim bölgəsindən çadır düşərgəsinə istiqamətli raket atıldığını bildirən Rocdi raketin bir doğum evinin yaxınlığına düşdüyünü deyib.

Rocdi “Xeyli sayda insanın yaşadığı düşərgəyə edilən hücumu sərt şəkildə qınayırıq. Hücum nəticəsində mülki vətəndaşlardan 50 nəfər də yaralanıb, qurbanlar arasında uşaqlar da var” deyə bildirib.

Düşərgədə olan dinc vətəndaşların evlərini tərk etmək məcburiyyətində buraxıldıqlarını, bəzilərinin dəfələrlə ev-eşiyindən edildiyini və bu şəxslərin xeyli çətin şərtlərdə yaşadığını ifadə edən Rocdi havanın tempraturunun aşağı düşdüyü bir zamanda edilən hücumla çadır və digər sığınacaq yerlərin təxrib olunduğuna diqqət çəkib.

Rocdi hücumun xüsusilə 20 Noyabr- Dünya Uşaq Hüquqları və Konvensiyası Günündə edilməsinin təəssüf doğurduğunu qeyd edib.

"Suriyadakı humanitar faciə bitməlidir" deyə bildirən Rocdi mülki şəxslərə və mülki infrastruktur obyektlərinə edilən hücumlarla əlaqədar istintaq çağırışını təkrarlayıb.



Әlaqәli Xәbәrlәr