Tel-Abyadlılar evlirinə qayıdırlar

Terror təşkilatlarının işğalı və törətdikləri qırqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan Suriyalılar Sülh Çeşməsi Əməliyyatı ilə error təşkilatı YPG / PKK-dan təmizlənmiş Tel-Abyada qayıdmağın xoşbəxtliyini yaşayırlar.

1309645
Tel-Abyadlılar evlirinə qayıdırlar

Türkiyənin cənub sərhədində terror dəhlizinin yaradılmasının qarşısını almaq, bölgədə sülh və dincliyi bərpa etmək məqsədiylə başladılan Sülh Çeşməsi Əməliyyatı separatçı terror təşkilatı YPG / PKK-nın zülmü səbəbiylə doğma vətənlərini tərk etmək məcburiyyətində qalan Suriyalılara yenidən evlərinə qayıtmanın yolunu açaraq ümid bəxş etdi.

Əməliyyat çərçivəsində YPG / PKK-dan təmizlənmiş Tel -Abyadda həyat normallaşdırılır. Əhalinin tələbatını qarşılamaq üçün demək olar ki, hər sahədə bərpa-abadlıq işləri aparılır.

İllərdir evlərindən ayrılan suriyalılar, Tel –Abyadda həyatı normallaşdırma fəaliyyətlirinin başlamasıyla ata ocaqlarına qayıdırlar.

 



Әlaqәli Xәbәrlәr