İranda aksiyaçılar ilə polis qüvvələri  arasında qarşıdurma baş verdi

İranın Xuzistan əyalətinin Mahşəhr rayonunda nümayişçilər ilə polis qüvvələri arasında baş verən silahlı qarşıdurmada 1 polis həyatını itirdi, ikisi yaralandı.

1309614
İranda aksiyaçılar ilə polis qüvvələri  arasında qarşıdurma baş verdi

Xüsusi təyinatlı qüvvələr komandiri Komandiri Həsən Kerimi bu barədə məlumat yayıb.

Kərimi Tabnak xəbər saytınanda əks edən açıqlamasında: “18 Noyabrda Mahşəhr rayonunda nümayişçilər ilə polis əməkdaşları arasında baş verən qarşıdurmalarda Rza Seyyad adlı polis əməkdaşı həyatını itirdi. İki polis məmuru yaralandı. Beləliklə, ölkədə nümayişlər başlayandan bəri həyatını itirən təhlükəsizlik işçilərinin sayı 6-ya çatdı”-deyə Kərimi vurğulayıb.

Amerika Birləşmiş Ştatlarının sanksiyaları ilə iqtisadi çətinliklər çəkən xalqın vəziyyətinin daha da pisləşməsi və 15 Noyabrda benzin qiymətinin qalxması ölkənin bir çox şəhərində etiraz aksiyalarının keçirilməsinə gətirib çıxardı. Aksiyalar zamanı ölkənin müxtəlif şəhərlərində dövlət binaları dağıdıldı. Banklar yandırıldı.



Әlaqәli Xәbәrlәr