Cavad Zərif ABŞ və Aİ ölkələrinin nümayişlərə dair açıqlamalarına sərt reaksiya göstərdi

İranın xarici işlər naziri Cavad Zərif ABŞ rəsmilərinin İran xalqına yönəldilmiş dəstək açıqlamalarını utanılacaq yalan kimi qiymətləndirib.

1308716
Cavad Zərif ABŞ və Aİ ölkələrinin nümayişlərə dair açıqlamalarına sərt reaksiya göstərdi

İranın xarici işlər naziri Cavad Zərif ABŞ rəsmilərinin İran xalqına yönəldilmiş dəstək açıqlamalarını utanılacaq yalan kimi qiymətləndirib.

Zərif İran Xarici İşlər Nazirliyinin internet saytında yer alan açıqlamasında ABŞ rəsmiləri və Avropa İttifaqı (Aİ) ölkələrinin İranda benzinin qiymətinin qalxmasına etiraz edilən nümayişlərlə əlaqədar çağırışlarını tənqid edib.

ABŞ-ı İran xalqına qarşı iqtisadi terror tətbiq etmək və dərman ilə ərzaqların xəstə və yaşlılara çatdırılmasına mane olmaqda ittiham edən Cavad Zərif belə bir rejimin İran xalqını müdafiə etmə iddiasında ola bilməyəcəyini ifadə edib.  

Rəsmi Tehranın aksiyaçıların nümayiş keçirmə haqqına hörmətlə yanaşmağa çağıran Aİ ölkələrinə də reaksiya göstərən Zərif  “Qanunlar çərçivəsində keçirilən etiraz aksiyaları İran konstitusiyasının xalqa rəsmi olaraq tanıdığı haqdır. Bunun üçün İranı qeyri-qanuni və qanunsuz istəklərinə məcbur etməyi hədəf alan rejimlərin xatırlatmasına və riyakar dəstəklərinə ehtiyac yoxdur” deyə qeyd edib.

Aİ ölkələrini ABŞ-ın iqtisadi terroruna qarşı heç bir iradə göstərməməkdə ittiham edən Zərif sözügedən ölkələrin öz uğursuzluqlarını ört-basdır etmək üçün İranda ictimai asayişin pozulmasına və xaos yaradılmasına dəstək verdiyini irəli sürüb.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo noyabrın 15-dən bəridir davam edən nümayişlərə dəstək verərək, İran xalqının yanında olduğunu açıqlamışdı. Bəzi Avropa İttifaqı ölkələri də rəsmi Tehranı nümayiş keçirmə haqqına hörmətlə yanaşmağa çağırmışdı.



Әlaqәli Xәbәrlәr